Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya insanlığa fəlakət gətirən bəşəri bəladır" adlı tədbir keçirilib.

26 yanvar 2023 | 20:13
Beyləqan rayonu Sarısu qəsəbəsində "Narkomaniya insanlığa fəlakət gətirən bəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, mədəniyyət müəssisələrinin, Mərkəzi rayon xəstəxanasının əməkdaşları, Sarısu kənd tam orta məktəbinin müəllimləri, şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Çıxış edənlər narkomaniyanın bəşəriyyətin ən qorxulu və təhlükəli probleminə çevrilməklə yanaşı, ən ağır xəstəliklərin də mənbəyi olmasından, insanları fəlakətə sürükləməsindən, narkotik istifadə edən ailələrdə körpələrin fiziki qüsurlu doğulmasından, onun insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurmasından bəhs ediblər.
 
Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub.
Keçidlər