Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

16 dekabr 2022 | 18:38
16 dekabr 2022 ci il tarixdə Beyləqan rayon I Aşıqlı kənd tam orta məktəbin akt zalında “Zərərli vərdişlərə mübarizə” “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Azər Quliyev, rayon Polis Şöbəsinin rəis müavini-polis polkovniki Mahir Məhərrəmov, Gənclər və İdman idarəsinin rəis müavini Bakir Həsənov , rayon Təhsil Sektorunun metodisti Anar Yaqubov və məktəbin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlar barədə əhalini, xüsusi ilə gənc nəsli məlumatlandırmaqdan ibarətdir.
Çıxış edənlər narkomanlığın qlobal problem kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıblar
Keçidlər