Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əmirzeyidli kəndində səyyar qəbul-görüş keçirildi.

05 iyul 2022 | 12:08

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 5 iyul 2022-ci il tarixdə rayonun Əmirzeyidli kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.

Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Əmirzeyidli kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

Görüşdə kənd sakini Ağakişiyev Babakişi Qaybalı oğlu Magistral yoldan Əmirzeyidli kəndinə gələn 8 km uzunluğunda olan avtomobil yolunun təmirinə köməklik barədə  müvafiq tədbirlərin görülməsi, Əzizov Sabir Ələsgər oğlu Şamaxı Dövlət Regional Kollecinin poçt-rabitə fakultəsini bitirdiyi üçün kəndin poçt şöbəsində işlə təmin olunmasına köməklik barədə, Nəsirov Ənvər Allahyar oğlu  kəndin içməli suyunun tərkibinin yoxlanılması barəd , Məmmədov Şəfa Cümşüd oğlu  İslahat vaxtı ona verilmiş pay torpaq sahəsinin yerinin müəyyən edilməsi barədə köməklik olunmasını xahiş etdi.  Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Əmirzeyidli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər