Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əmirzeyidli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

10 mart 2023 | 22:13
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 10 mart 2023-cü il tarixdə rayonun Əmirzeyidli kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Görüşdə kənd sakinləri mövsüm ərzində suvarma suyunun verilməsi, özünüməşğulluq proqramına cəlb olunması, Əmirzeyidli kəndinin avtomobil yolunun cari təmiri, sakinlərin içməli su təminatının yaxşılaşdırılması barədə xahiş etdilər.
 
Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən digər məsələlələr aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Keçidlər