Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Eyvazalılar kəndində səyyar qəbul-görüş keçirildi.

13 dekabr 2022 | 17:56
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 13 dekabr 2022-ci il tarixdə növbəti səyyar qəbulu rayonun Eyvazalılar kəndində baş tutmuşdur.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Görüşdə kənd sakinlərinin əsas müraciətlərini içməli su təminatının yaxşılaşdırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması məqsədilə subartezian quyusunun qazılması, kənd tam orta məktəb binasının əsaslı təmiri və uşaq bağçasının yenidən tikilməsi kimi məsələlər təşkil edib.
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Eyvazalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər