Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Gödəklər kəndində səyyar qəbul-görüş keçirildi.

22 noyabr 2022 | 11:43
Beyləqan rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu 22 noyabr 2022-ci il tarixdə rayonun Gödəklər kəndində baş tutub.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların rəhbərləri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının himni səsləndirilib və səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Asif Ağayev rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da davamlı olacağını söyləyib.
Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlərinin əsas müraciətləri içməli su təminatının yaxşılaşdırılmasını, suvarma suyu ilə təminatın yaxşılaşdırılması məqsədilə subartezian quyusunun qazılmasını, kənd ərazisində olan transformatorun dəyişdirilməsini və maddi yardım olunması kimi məsələlər təşkil edib.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər