Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İkinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirilmişdir

07 mart 2023 | 19:38
Əhalinin müraciətlərinin dinlənilməsi və problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin növbəti səyyar qəbulu 07 mart 2023-cü il tarixdə rayonun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində keçirilmişdir.
 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycanda son illər həyata keçirilən uğurlu islahatlar və bunun Beyləqan rayonunda da əks olunan müsbət nəticələri haqqında danışmış, bu müsbət tendensiyanın davamlı olacağını vurğulamşdır.
 
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri sakinlərin içməli su təminatının yaxşılaşdırılmasını, taxıl bitkisinin suvarılması üçün suvarma suyunun verilməsini, SİB kabellərinin çəkilməsini, ünvanlı dövlət sosial yardımın verilməsini, işlə təmin olunması barədə xahiş etdilər.
 
Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
Problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə İkinci Şahsevən kənd sakinləri ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər