Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mayak qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir

12 may 2023 | 17:24
11 may 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Mayak qəsəbəsində keçirilmişdir.
 
Tədbirdən öncə Mayak qəsəbəsindən olan şəhidlərin məzarları ziyarət olunaraq şəhidlərin ailələri ilə görüşüldü.
 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Mayak qəsəbəsindən olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri qəsəbə tam orta məktəbinin yenidən tikilməsini, suvarma suyunun verilməsini, içməli su ilə təminatın yaxşılaşdırılmasını və Yuxarı Aran qəsəbəsi ilə Mayak qəsəbəsi arasında olan 2 km yola qum-çınqıl materialı tökülərək təmir olunmasını xahiş etdilər.
 
Qəsəbə sakinlərinin müraciətləri dinlənilərək qanunamüvafiq izahatlar verildi, müraciətlərin bir qisminin həlli üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verildi.
Keçidlər