Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Sarı su qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

24 avqust 2022 | 18:13
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 23 avqust 2022-ci il tarixdə rayonun Sarı su qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Sarı su qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Sarı su qəsəbəsində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakini Quliyev Nəcəfqulu Nəsib oğlu əsas yoldan kəndin mərkəzinə gələn avtomobil yoluna asfalt örtüyünün salınması barədə müvafiq tədbirlərin görülməsi, İmranov Polad Şavahət oğlu ərazidən keçən dren-kollektorun təmizlənməsinə köməklik barədə, Aslanov Həsrət Novruz oğlu əkin torpaq sahələrinin suvarılması üçün şlüz avadanlığının quraşdırılması barədə köməklik olunması, İsmayılov Ceyhun İsgəndər oğlu bələdiyyə mülkiyyətindən sahibkarlıq üçün aldığı torpağın sənədləşdirilməsinə köməklik göstərilməsi barədə, Əliyeva Fatma Usub qızı ailə vəziyyəti nəzərə alınaraq maddi yardım olunması barədə köməklik olunması xahiş etdi, Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Sarı su qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər