Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Tatalılar kəndində səyyar qəbul-görüş keçirildi.

06 dekabr 2022 | 10:43
Beyləqan rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu baş tutub.
6 dekabr 2022-ci il tarixdə rayonun Tatalılar kəndində baş tutan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların rəhbərləri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Tatalılar kəndinin şəhidlərinin xatirəsinə inşa edilmiş abidə ziyarət edilmiş və üzərinə gül dəstələri qoyulmuşdur.
Daha sonra baş tutan görüşdə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan Asif Ağayev son illər ölkəmizdə, o cümlədən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Beyləqanda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Kənd sakinlərinin əsas müraciətlərini içməli su təminatının yaxşılaşdırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması məqsədilə subartezian quyusunun qazılması, kənd ərazisində olan transformatorun dəyişdirilməsi və maddi yardım olunması kimi məsələlər təşkil edib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər