Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı Aran qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

17 may 2022 | 13:34

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 17 may 2022-ci il tarixdə rayonun Yuxarı Aran qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.
Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbirdən əvvəl rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Yuxarı Aran qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər. 
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yuxarı Aran qəsəbəsindən olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini, vətən müharibəsi qazisi Məmmədli Qiyas Rizvan oğlu fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə  müvafiq tədbirlərin görülməsini, Sadıqov Yaqub Tağı oğlu yay mövsümündə içməli suyun verilməsində yaranmış çətinlik barədə köməklik olunmasını, İsmayılov Şamxal Qədir oğlu müraciətinə əsasən Yuxarı Aran qəsəbə uşaq bağçasında gözətçi vəzifəsinə təyin olunduğu üçün minnətdarlığını bildirdi. Ənvərli Namiq Xudaverdi oğlu “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi işə götürülməsini və fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə, Mayılov Fəxrəddin Hüseyin oğlu Qəsəbəyə gələn suvarma suyu arxının təmizlənməsi barədə xahiş etdi. 
Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yuxarı Aran qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər