Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atası ziyarət edilib.

27 sentyabr 2022 | 16:13
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul əməkdaşları səhhətindəki problemlə bağlı bir müddətdir müalicə alan şəhid Quliyev Vasif Tahir oğlunun atasını yaşadığı evdə ziyarət edib. Rayon rəhbəri ziyarət zamanı şəhid atasının səhhət ilə maraqlanıb və ona şəfa diləyərək müalicəsi zamanı ona müvafiq kömək göstərilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib. Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan Vasif Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Quliyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhidimiz ailəli idi və 2 övladı Vətənə yadigar qaldı. Vasif Quliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.a
Keçidlər