Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Fərid Nağıyevin doğum günü qeyd olunub.

09 iyun 2022 | 11:29

       Xızı rayou ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu zamanı baş verən qəza  nəticəsində şəhid olan Beyləqan rayonunun Şərq qəsəbə sakini, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin doğum günü  onun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı ilə birlikdə qeyd olunub. 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, şəhid ailələri, qazilər, rayonun idarə və müəssisə kollektivi, veteranlar, ictimaiyyət nümayədnələri, Sərhəd qoşunlarının hərbçiləri, Şərq qəsəbə tam orta məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilmişdir.
Qeyd edək ki, abidə-bulaq kompleksi Fərid Nağıyevin təhsil aldığı Şərq qəsəbə tam orta məktəbin qarşısında inşa edilib. 
Hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri Şəhid Fərid Nağıyevin keçdiyi həyat və döyüş yolundan danışıb. Qeyd edilib ki, Fərid Nağıyev 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində də savaşmış və müharibənin müxtəlif cəbhələrində vuruşmuşdur. Vətən Müharibəsindən Zəfərlə ayrılan qəhrəmanımız özünün də içində yer aldığı Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri 30 noyabr 2021-ci il tarixdə  Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Qəza nəticəsində şəhidlik zirvəsına yüksələn  Fərid Nağıyev doğulduğu Beyləqan rayonunun Şərq qəsəbəsində izdihamlı şəkildə torpağa tapşırılıb.
Şəhid baş leytenant Fərid Nağıyevin doğum gününə həsr olunmuş tədbirin sonunda məktəblilərin şəhidin xatirəsinə hazırladıqları ədəbi-bədi kompozisiyları iştirakçıların alqışına səbəb olub.

Keçidlər