Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nağıyev Fərid Təyyar oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

29 sentyabr 2022 | 11:08
Rayon Gənclər Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Beyləqan RİH yanında müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhidin valideynləri, iş yoldaşları və sinif yoldaşları Beyləqan rayon Qarabağ veteranları və ictimai əlillər birliyinin sədri Rövşən Namazəliyev, ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Çıxış edənlər vətən tarixinə qızıl hərflərlə yazılan Şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini , onların gələcək nəsillərə örnək olduğunu söylədilər. Qeyd edək ki, Nağıyev Fərid Təyyar oğlu 08.06.1996-cı ildə Beyləqan rayon Şərq qəsəbəsində anadan olmuşdur.2013-2017-ci illərdə DSX Akademiyasında Uçuş Mühəndisliyi ixtisası üzrə ali hərbi təhsil alıb. 44 günlük Vətən müharibəsi zamanı xüsusi tapşırıqla Qazax-Ağstafa rayonları istiqamətinə ezam edilmişdir. 30.11.2021-ci il saat 10:36-da Xızı rayon Qaraheybet hərbi aviasiya poliqonu üzərində hərbi təlimlər zamanı, 13 yüksək rütbəli zabitlə bərabər helikopterdə qəzaya uğramış və şəhid olmuşdur.
F.Nagiyev ölümündən sonra (17.08.2022)-"Vətən uğrunda"medalı ilə təltif edilmişdir.
Keçidlər