Şriftin ölçüsü :

Saytın rəngi :

“Sudan məişətdə və kənd təsərrüfatında qənəatli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsi” mövsuzunda tədbir baş tutub.

08 iyun 2023 | 18:12
07 iyun 2023-cü il tarixdə Beyləqan rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC və “Azərsu” ASC tərəfindən “Sudan məişətdə və kənd təsərrüfatında qənəatli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsi” mövsuzunda tədbir baş tutub.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin, yerli qəsəbə və kənd icra nümayəndələrinin, bələdiyyələrinin, Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının və SİB-lərin icracı direktorlarının, “Azərsu” ASC-nin yerli nümayəndələrinin iştirak edib.
 
ETSN-nin əməkdaşı Əkbər Əsgərov çıxış edərək bildirdi ki, son illər müşahidə olunan qlobal iqlim dəyişikliyi, yağıntıların xeyli azalması, çaylarda suyun səviyyəsinin aşağı enməsi, eyni zamanda əkin sahələrinin genişləndirilməsi nəticəsində suya olan tələbat artmışdır. Odur ki, sudan qənaətlə istifadə olunması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini və bunun üçün müvafiq hansı tədbirlərin yerinə yetirilməsini qeyd etdi.
 
Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sərxan Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Bayram Əliyev və Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elman Süleymanov çıxış edərək suvarma mövsümündə əkin sahələrinin su təminatının vaxtında və itkisiz yerinə yetirilməsinin əhəmiyyətindən danışdılar.
 
Mövzu ətrafında müzakirələr aparıldı, Orta Əlinəzərli kənd və Bahar qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri, Qaralılar bələdiyyəsinin sədri, qəsəbə və kənd SİB-lərinin icraçı direktorları mövcud problemləri qeyd etməklə, su itkilərinin qarşısının alınması üçün təkliflər irəli sürdülər.
 
Təkliflərdə əsasən torpaq məcralı kanalların beton üzlüyə alınması, susızmalarının baş verdiyi ərazilərdə təsərrüfatdaxili torpaq kanalların nov kanalları ilə əvəzlənməsi, Yuxarı Qarabağ Kanalı üzərində 3 ədəd nasos stansiyasının tikilməsi (Bünyadlı-Gödəklər, Qaralılar, Günəşli-Baharabad), qrunt sularının səviyyəsinin aşağı alınması, subasmaların qarşısının alınması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılaraq yenidən əkin dövrüyyəsinə qaytarılması üçün rayonun Yeni Mil, Mil, Milabad və Allahyarlı yaşayış məntəqələrini əhatə edən ərazilərdə yeni kollektor-drenaj şəbəkələrinin tikilməsi kimi vacib tədbirlərin həyata keçirilməsi bildirildi.
 
Tədbirdə səsləndirilən məsələlər təşkilatçı qurumların məsul şəxsləri tərəfindən qeydiyyata alındı və təkliflərin həlli ilə bağlı müvafiq izahatlar verildi.
Keçidlər