Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni bir səhər” kitabı təqdim olundu

16 dekabr 2022 | 18:41
Dekabrın 16-da Beyləqan rayon Tarix-diyarşünaslıq Muzeyində Beyləqanlı gənc şairə və musiqişünas Aygün Bayramlının “Şuşa İli”nə həsr olunmuş “Yeni bir səhər” kitabının təqdimatı keçirildi.
Tədbirdə Regional İdarənin rəisi, kitabın ön sözünün müəllifi Faiq Xudanlı çıxış edərək kitabın ərsəyə gəlməsindən, nəşr prosesindən bəhs edib.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova, müəllifin müəllimləri, iş yoldaşları Aygün Bayramlı haqqında fikirlərini bildiriblər.
Sonda müəllif şeirlərini oxuyub, kitablarını imzalayıb.
Keçidlər