Şriftin ölçüsü :

Saytın rəngi :

Yunan-Roma güləşçimiz, əslən Beyləqan rayonundan olan Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb!

16 avqust 2022 | 11:49
Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa və dünya çempionumuz Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Rəqibini 10:1 hesabı ilə məğlub edən Eldəniz Əzizli İslamiadanın qalibi olub və qızıl medal qazanıb.
Qeyd edək ki, Eldəniz Əzizli Beyləqanlıdır və rayonumuzun fəxridir!
İdmançımızı qazandığı qələbə münasibəti ilə təbrik edir və uğurlar arzulayırıq
Keçidlər