Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət olunmağa davam edir.

04 noyabr 2022 | 14:06
Beyləqanda 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə əlaqədar dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrə ziyarət davam edilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul vəzifəli şəxslər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə bir neçə şəhid ailəsi ziyarət edərək 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik etmiş, onlara bayram sovqatı təqdim etmişdir.
 
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
 
Şəhid ailələrinin Zəfər Bayramı ilə əlaqədar ziyarəti davam edir.
Keçidlər