Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

 Son illərdə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, yüksək stanrtlara uyğun təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sferanın, o cümlədən təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş və onun davamlı inkişafına stimul yaratmışdır.

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmri ilə  il boyu görüləcək işlərin istiqamətləri müəyyənləşdirilmiş, həm də  dərs ili “Ümumi təhsildə keyfiyyət  ilinin davamı“ elan olunmuşdur. Beyləqan Rayon Təhsil Şöbəsi, o cümlədən rayonun bütün  ümumi təhsil müəssisələrində  təhsilin inkişafı yönümündə fəaliyyətin dövrün tələbləri səviyyəsində qurulması və inkişafına səy göstərilmişdir.
         Təhsil Şöbəsinin tabeliyində 45 tam orta, 1 lisey, 6 ümumi orta, 2 ibtidai məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmiş, 1724 müəllim 14.565 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər   Şahmat   və  İdman məktəblərinə       məktəblilərin     qabiliyyətlərinin    inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün  636 nəfər şagird cəlb olunmuşdur.                                                                          

        Təhsil işçilərinin sentyabr 2018-ci il  konfransı plenar və bölmə iclasları olmaqla iki gün təşkil olunmuşdur. Plenar iclasda “2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.  16  adda   təşkil edilmiş bölmə yığıncaqlarında  isə məktəb rəhbərlərinin, ayrı-ayrı fənlər üzrə metodbirləşmə sədrlərinin iştirakı ilə  yeni dərs ilində görüləcək işlər, tətbiq ediləcək yeniliklər, o cümlədən “Ümumi təhsildə keyfiyyət  ilinin davamı“ elan edilmiş 2018-2019-cu dərs ilində həyata keiriləcək tədbirlər barədə məlumat verilmiş, müzakirələr aparılmışdır. Verilmiş təkliflər ümumiləşıdirilərək Təhsil Nazirliyi Təhsil İnstitutuna göndərilmişdir.

           Dərs ili ərzində  şagirdlərin dərs məşğələlərinə davamiyyəti, fənlərin tədrisi vəziyyəti, idarəetmənin təşkili, məktəb sənədlərinin işlənilmə səviyyəsi, sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili, hərbi-vətənpərvərlik işinin təşkili, təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsinə və  digər zəruri məsələlərə əsas diqqət yetirilmişdir.
           Dərs ili müddətində təlim-tərbiyənin keyfiyyət və səmərəliliyinin artırılmasında mühüm əhəmiyyətə malik olan müxtəlif məzmunlu müsabiqə və yarışların keçirilməsinə ciddi fikir verilmiş və  uğurlu nəticələr əldə edilmişdir.
           Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə müvafiq plana uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir. VIII-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat”  müsabiqəsində 28 məktəbin şagirdi təmsil olunmuş, qalib olan Təbiət və humanitar fənlər təmayüllü liseyin IX sinif şagirdi Anar Qurbanov Respublika mərhələsində rayonu uğurla təmsil etmişdir.Tədbirlər çərçivəsində, həmçinin yubileyi qeyd olunan bir neçə tarixi şəxsiyyətin, mütəfəkkirin həyat və yaradıcılığına həsr olunmuş elmi–praktik konfranslar keçirilmişdir. O cümlədən 30 mart 2019-cu il tarixdə “Uşaq və gənclərin azərbaycançılıq idealogiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon Konfransı keçirilmişdir.                                                    
       “Ədəbiyyat biliciləri” müsabiqəsində 18 məktəb təmsil olunmuş,  1 nəfər-Yuxarı Aran kənd tam orta məktəbin IX sinif şagirdi Aygün Məhərrəmova  qalib kimi Respublika turunda iştirak etmiş və IV yer- Tərifnamə ilə təltif olunmuşdur.
        Məktəblilərin fənn olimpiadalarının fevral ayının 4-də keçirilən rayon mərhələsində 8 fənn üzrə  254 nəfər şagird iştirak etmişdir. Bunlardan 42 nəfəri Şirvan şəhərində yarımfinal mərhələdə iştirak etmiş və 3 nəfər olimpiadaların Respublika final mərhələsində rayonu təmsil etmək hüququ qazanmışdır. Final mərhələdə  1 nəfər-Aygün Məhərrəmova II yer tutaraq Gümüş medal və qiymətli hədiyyə ilə təltif edilmişdir. İki nəfər- II Aşıqlı və Bahar kənd tam orta məktəbərinin XI sinif şagirdləri tarix fənni üzrə  Təhsil Nazirliyinin Sertifikatına layiq görülmüşdür.  
          VI-VII siniflərdə təhsil alan istedadlı şagirdlər arasında Beynəlxalq Olimpiadalara hazırlıq çərçivəsində V Məktəblilərarası Fənn Müsabiqələrinin  I mərhələsində 171 nəfər biliyini sınamış, Final mərhələyə 21 nəfər iştirak hüququ qazanmışdır. Həmin şagirdlərdən Şəhər 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Məmmədli Turan Zaur oğlu riyaziyyat fənni üzrə IV yer qazanmışdır.
                                                                                                        
          Təhsil Nazirliyi “İstedadlı şagirdə istedadlı müəllim” müsabiqəsi keçirmiş və rayonun 14 nəfər müəllimi həmin müsabiqəyə qatılmışdır. Yeni Mil kənd tam orta məktəbin biologiya müəllimi Gülnar Məmmədova müsabiqənin respublika mərhələsində fərqlənmişdir.
           Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant layihə müsabiqəsi cari dərs ilndə Təhsil Nazirliyi tərəfindən keçirilmiş və bu müsabiqəyə müəllimlərimiz layihələr təqdim etmişlər. Rayon üzrə iki nəfər- Çəmənli kənd tam orta məktəbinin müəllimi Niftizadə Ramin və Tatalılar kənd tam orta məktəbinin müəllimi Yaqubzadə İmran qalib olmuşlar. Layihələr növbəti dərs ilində icra ediləcəkdir. Qeyd edək ki, keçən dərs ilində də beş nəfər müəllim fərdi , bir məktəb isə (Allahyarlı kənd tam orta) ümumtəhsil müəssisəsi kateqoriyası üzrə qalib olmuş və 2018-2019-cu dərs ilində həmin layihələr həyata keçirilmişdir.
          Rusiya Səfirliyinin Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi rus dili fənn olimpiadalarının rayon turunda fərqlənən 13 nəfər şagird Yevlax şəhərində keçirilən zona turunda iştirak etmiş, bunlardan 7 nəfər qalib Sertifikat almış, iki nəfəri isə (Şəhər 4 nömrəli tam orta məktəbin VII sinif şagirdləri) respublika qalibi kimi (TN və Rusiya Səfirliyi tərəfindən) diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
         Hərbi-vətənpərvərlik tərbiyəsi yönümündə  də il boyu iş aparılmışdır. “ Şahin” hərbi idman oyunlarının mart ayında rayon mərhələsi yekunlaşıb, qalib II Aşıqlı kənd  tam  orta  məktəbin komandasının zona mərhələsində iştirakı təmin olunmuşdur. “Sərhəd” hərbi idman oyununun    rayon   mərhələsi   aprel ayında başa çatmış,   mayda  qalib  Araz qəsəbə tam orta məktəbinin komandası Respublika final  mərhələsində  rayonu təmsil edərək  I yeri qazanmışdır. Beş  nəfərdən  ibarət  komanda  Sərhəd  Qoşunları  Komandanlığının diplom və hədiyyələri ilə mükafatlandırılmışdır.
        Fevral ayında “Əlaçı” telelayihə müsabiqəsinin Şirvan şəhərində keçirilən zona turunda 30 nəfər iştirakçı olmuşdur.
       “Pedaqoji mühazirələr” müsabiqəsinin rayon turu yekunlaşdırılmış, Respublika mərhələsində Allahyarlı kənd tam orta məktəbin tarix müəllimi Asif Cəfərov iştirak etmişdir.
         “Ölkəmizi tanıyaq”  lahiyəsi çərçivısində əlaçı və aztəminatlı ailələrin  uşaqlarından ibarət   40 nəfər məktəbli  mart ayında Şəki, Qəbələ və Zaqatala  şəhərlərində olmuşdur.
        Tərbiyə işinin səmərəliyinin artırılması diqqət mərkəzində saxlanılmış, müxtəlif məzmunlu bir sıra tədbirlər həyata keçirilmiş,  o cümlədən “20 Yanvar”, “Xocalı faciəsi” və “31 Mart-Azərbaycanlıların soyqırımı” hadisələri bütün təhsil müəssisələrində geniş tədbirlərlə qeyd edilmişdir.
         Beynəlxalq Poçt İttifaqının ənənəvi olaraq keçirdiyi  pistolyar inşa müsabiqəsində Şəhər   Təbiət   və humanitar fənlər təmayüllü liseyin  6-cı  sinif şagirdi Mədətli Cavanşir
   Ələddin oğlu qalib olmuş və Poçt İttifaqının diplom və pul mükafatına layiq görülmüşdür.
           İl boyu həm I-IX, həm də yuxarı siniflərdə fəaliyyət göstərən müəllimlərlə vaxtaşırı seminarlar, treninqlər və müxtəlif məzmunlu yığıncaqlar keçirilmişdir. Bir neçə müəllimin qabaqcıl təcrübələri öyrənilərək yayılmışdır.
          Bir  məsələ   xüsusi  qeyd edilməlidir ki,   cari   dərs ilində rayonun təhsil işçilərinin zəhməti  Dövlət tərəfindən ayrı-ayrı şəxslərin timsalında yüksək qiymətləndirilmişdir. Bir nəfər müəllim Zərqələm  Hacıyeva  (I Şahsevən kənd 1 nömrəli tam orta məktəbin sabiq ibtidai sinif müəllimi) ”Əməkdar müəllim” adına, iki nəfər Təhsil Nazirliyinin “Fəxri Fərman”ına layiq görülmüş, 8 nəfər müəllim və təhsil  işçisi rayon icra hakimiyyətinin “ Fəxri Fərman”ı  ilə təltif edilmişdir.  Rayonda ümumilikdə  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəcami ilə  8  nəfər “Əməkdar müəllim” fəxri adına, 6 nəfər isə “Tərəqqi medalı”na  layiq görülmüş  müəllim vardır.
       Təhsil Şöbəsinin əməkdaşları vaxtaşırı təhsil müəssisələrində olaraq tədrisin keyfiy-
yətini öyrənmiş, apardıqları monitorinqlərin nəticələrinə uyğun tədbirlər müəyyənləşdirib mövcud problemlərin həlli istiqamətində iş aparmışlar. Monitorinq nəticəsində bir neçə məktəbdə təlim-tərbiyə işinin planlaşdırılması, idarəetmənin təşkili, məktəb sənədlərinin işlənilmə səviyyəsi, proqram materiallarının mənimsədilməsi, ümumi icbari təhsilin yerinə yetirilməsi, dərsliklərlə təminat sahəsində bir sıra çatışmazlıqlar aşkar edilmiş və yol verilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür.   
         Aparılan hər bir monitorinqin nəticələri  təhsilyanı şurada müzakirə edilmişdir. Həyata keçirilən fəaliyyət planına müvafiq olaraq seçmə yolla rayonun Yuxarı Aran və Yeni Mil tam orta məktəblərində Azərbaycan dili, Əlinəzərli 1 nömrəli, Eyvazallar və İmamverdilər tam orta məktəblərində riyaziyyat, habelə  I Şahsevən 1 nömrəli və Bolsulu tam orta məktəblərində tarix, I Şahsevən  2 nömrəli və Bahar tam orta məktəblərində coğrafiya fənlərinin tədrisi vəziyyəti yoxlanılmışdır. Müsbət irəliləyişlər qeyd olunmuş, aşkar edilmiş nöqsanlara görə isə həmin məktəblərin rəhbərləri, həmçinin ayrı-ayrı fənn müəllimlərinə müvafiq tapşırıqlar verilmiş və əməli köməklik göstərilmişdir.
           Məktəblərdə tədrisin vəziyyəti araşdırılarkən hələ də nöqsanların mövcud olduğu aşkar olunmuş, aidiyyatı təhsil işçilərinə və məktəb rəhbərlərinə  tapşırılmışdır ki, tədrisin keyfiyyətinin artırılması üçün il boyu görüləcək işlərə diqqəti daha da artırsınlar, müəllimin öz dərslərində yeni təlim üsullarından, qabaqcıl müəllimlərin iş təcrübəsindən istifadə etmələrinə nəzarəti gücləndirsinlər.
         Araşdırma zamanı məlum olmuşdur ki, bəzi məktəb rəhbərləri vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmirlər. Məktəbə rəhbərlik və nəzarəti zəif təşkil etdikləri üçün onlara xəbərdarlıq edilmişdir ki, məsuliyyətin düzgün bölüşdürülməsi üzərində dayanılmalı, ciddi hesabatlılıq sistemi yaradılmasında və ardıcıl şəkildə inkişafın monitorinqi aparılmaqla nəticələrin təhlil olunaraq yekunlaşdırılması və inkişafetdirici qərarların qəbul edilməsi olduqca vacibdir.
          Buraxılış imtahanlarına hazırlıqla bağlı da il boyu iş aparılmış, nəticələrin keyfiyyət baxımından yüksək olması üçün mövcud imkanlardan səmərəli  istfadəyə diqqət artırılmışdır.  21 aprel 2019-cu il tarixdə XI sinidflərin buraxılış imtahanında  rayon üzrə  728 nəfərdən 726 nəfəri (1nəfər azad olunmuş, 1 nəfər   üzürlü    səbəbdən   gəlməmiş)
iştirak etmiş, Azərbaycan dilindən 0-30 bal toplayan 298, 31-60 bal toplayan 231, 61-80 bal toplayan 134, 81-100 bal toplayan 63 nəfər olmuş, 59 % nəticə əldə edilmişdir. Məzunların   hər   biri  tam orta təhsil haqqında Attestat almışdır. Riyaziyyat və xarici dil 

                                                            
fənləri üzrə nəticə ana dilindən bir qədər zəif olmuşdur. İki mərhələdə keçirilən IX sinif buraxılış imtahanlarının da  nəticələrinin ilkin müzakirələri  keçirilmişdir. 
        Təhsilin keyfiyyətinin artırılmasında və şagirdlərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsində dərsdənkənar tədbirlərin imkanlarından səmərəli istifadə olunması dərs ili ərzində diqqətdə saxlanılmışdır. Müxtəlif məzmunlu görüşlər, müzakirələr və söhbətlər aparılmışdır. İstedadlı X-XI sinif şagirdlərindən ibarət  komanda  Cocuq Mərcanlıda keçirilən “ İntellektual oyun” yarışlarında iştirakçı və qalib olmuşlar. Tədbir   bilik yarışı    olmaqla  bərabər    məktəblilərin    mənəvi-əxlaqi    və    vətənpərvərlik    tərbiyəsində     mühüm  əhəmiyyətə malik olmuşdur.
         Təhlillər onu göstərir ki, müəllimlərin yeni texnologiyaların tətbiq olunması sahəsində nailiyyətləri çoxdur. Bununla belə, müəllimlərin daha çox müzakirəyə ehtiyac duyduğu məsələlərdən biri şagird nailiyyətlərinin qiymətləndirilməsidir və bu sahədə onların savadlılığının yüksəldilməsinə diqqət yetirilməlidir. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsinə  dair praktik nümunələr üzərində iş aparılır.
          02 İyul 2019-cu il tarixdə Təhsil Şöbəsi 2018-2019-cu dərs ili ərzində görülmüş işlərin yekununa həsr olunmuş geniş tərkibdə yığıncaq keçirmişdir. Tədbirdə təlim-tərbiyə sahəsində fərqlənən, müxtəlif məzmunlu müsabiqə, yarış, olimpiadalarda qalib olan, müsbət nəticələr əldə edən təhsil işçiləri, təhsil müəssisə rəhbərləri, müəllimlər və şagirdlər rəğbətləndirilmiş, onlara Təhsil Şöbəsi adından Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
           Rayonda son beş ildə 1  yeni məktəb, 2 modul tipli məktəb binası tikilib istifadəyə verilib.  3 məktəb  əsaslı, 6 məktəb isə cari  təmir edilib.
          Təhsil müəssisələrində  qış mövsümünə hazırlıqla bağlı vaxtında lazımi tədbirlər görüldüyündən il ərzində məktəblərin istilik təchizatında heç bir çətinlik olmamışdır.
          Rayon Təhsil Şöbəsi və təlim-tərbiyə müəssisələrinin pedaqoji kollektivləri dərs ili ərzində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı dərs ilinin əvvəlindən başlanmış planlı fəaliyyəti tədris ilinin sonunda  uğurla başa çatdırmışdır.

         

Keçidlər