Home Contact Phone
background
  • Ünvan: AZ1200, Beyləqan şəhəri , H.Əliyev küçəsi 25.
  • Faks: (+994) 225 29 17
  • E-mail: mail@beyleqan-ih.gov.az

Xəbərlər

  • Beyləqan rayonunda pambıq məhsulu yığımına ...

    Beyləqan rayonunda pambıq məhsulu yığımına başlanılması ilə bağlı ümumrayon toplantısı keçirildi

    2017-09-18

    18 sentyabr 2017-ci il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində pambıq məhsulu yığımının başlanılması ilə əlaqədar ümumrayon toplantısı keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayev, aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən pambıq emalı müəssisələrinin rəhbərləri, kəndli-fermer təsərrüfatlarının rəhbərləri və iri pay torpaq sahiblərinin nümayəndələri iştirak etmişlər.

  • Beyləqan rayonu H.İsmayılov adına Şəfəq qə...

    Beyləqan rayonu H.İsmayılov adına Şəfəq qəsəbə tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi.

    2017-09-15

    Beyləqan rayonu H.İsmayılov adına Şəfəq qəsəbə tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi. Tədbir səhər saat 09:00-da başladı. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, məktəbin pedoqoji kollektivi, valideyinlər, şagirdlər və s. qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözləri ilə məktəbin direktoru B.Fətəliyev açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni oxundu.

  • Beyləqan rayonunda Təhsilin inkişafı  hər zam...

    Beyləqan rayonunda Təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir

    2017-09-14

    2017-2018-ci il Tədris ilinin başlanması münasibətilə rayon İcra hakimiyyətinin başçısı Cənab Vaqif Abdullayev Beyləqan rayon Ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri ilə görüşlər keçirmiş, məktəblərdə tədris ilinə hazırlıq, pedaqoji kollektivlərin fəaliyyəti , məktəbdaxili nizam-intizama əməl edilməsi , 2017-2018-ci Tədris ilinin nəticələrinin keçən tədris ilindən daha yüksək olması ,şagird-müəllim, valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsi, məktəblərin ümumi nəticələri barədə ətraflı müzakirələr apararaq lazımi tövsiyyə və tapşırıqlarını başda Təhsil şöbəsi olmaqla məktəb direktorları və pedaqoji kollektivin nəzərinə çatdırdı. Təhsilin inkişafımızın əsas dayağı olduğu, insan kapitalının inkişafında təhsilin əsas rol oynadığını nəzərə alaraq bu gün ümumtəhsil məktəblərində şagirdlərin hazırlığı yüksək səviyyədə aparılmalıdır

  • Beyləqan rayonu Xaçmaz rayonunda keçirilən II ...

    Beyləqan rayonu Xaçmaz rayonunda keçirilən II Beynəlxalq Dolma Festivalında III yerə layiq görülmüşdür.

    2017-09-13

    15 iyul 2017-ci il tarixində Xaçmaz şəhərində keçirilən II Beynəlxalq Dolma Festivalında Beyləqan rayon mədəniyyət işçiləri də uğurla çıxış etmişdir. Qeyd edək ki, Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılmışdır. Festivalda müxtəlif çeşiddə bişirilən 350-yə yaxın növdə dolma sərgilənmişdir.

  • Beyləqan rayonu Qəbələ şəhərində keçiril...

    Beyləqan rayonu Qəbələ şəhərində keçirilən V Beynəlxalq Mürəbbə Festivalında III yerə layiq görülmüşdür.

    2017-09-13

    26 avqust 2017-ci il tarixində Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir. Beynəlxalq səviyyəli tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

Foto qalereya