Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçrilmişdir.

26 fevral 2016 | 16:00

Fevralın 26-da Beyləqan şəhər Mərkəzində yerləşən Bayraq Meydanında Xocalı soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçrilmişdir. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, idarə müəssisə rəhbərləri və işçiləri, məktəb direktorları və məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxışına Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik yad etməklə başladı. Cənab Vaqif Abdullayev qeyd etdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl hüquqi -siyasi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Ulu öndər 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzaladı. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. 1997-ci il fevralın 25-də  "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Ulu öndər Heydər Əliyev növbəti fərman imzaladı. Hər il fevral ayının  26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  "Xocalı soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.  Müraciətində Prezident İlham Əliyev bir daha xalqımızı əmin edir ki, dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq.
Azərbyacan Yazıçılar İttifaqının Beyləqan rayon bölməsinin sədri Asif Cəfərli çıxışında qeyd etdi ki,  soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fond Xocalı soyqırımının ildönümləri ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımın əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəxalq təşkilatlar qarşısında nümayiş etidirilməsidir. Heydər Əliyev Fondu soyqırımla bağlı xaricdə sərgilər  təşkil edir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı nəşr olunan kitab və bukletlər də xarici ölkələrdə yayılır. Artıq bir neçə ildir davam edən “Xocalıya ədalət kampaniyası” çərçivəsində həyata keçirilən tədbirlər soyqırım həqiqətlərinin dünyada tanıdılması və yayılması istiqamətində mühüm aksiyaya çevrilib. Hər il müxtəlif ölkələrdə təşkil olunan mitinqlər, yürüşlər və digər tədbirlər dünya ictimaiyyətini bu soyqırımı ermənilərin törətdiyinə inandırıb.
Ağ evin rəsmi internet səhifəsinin “Biz xalqıq” bölməsində yerləşdirilən “Xocalı soyqırımının tanınması” və “Dağlıq Qarabağ münaqışəsi  və ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan  torpaqlarının 20 faizinin işğalının tanınması”  ilə bağlı yerləşdirilən petisiyada tələb olunan 100 minə qarşı 126773 imza toplanmışdır. Tədbirin sonunda məktəblilərin iştirakı ilə Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədi kompazissiya nümayiş etdirildi və şəhər sakini Əlixan Məmmədəliyev Xocalıya həsr edilmiş şerlərini oxudu

Keçidlər