Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun Müddətdən Artıq Hərbi Xidmətçisi Hüseynov Ayaz Ələkbər oğlu Beyləqan rayon İkinci Şahsevən kəndində dəfn olundu.

04 aprel 2016 | 16:00

Beyləqan rayon İkinci Şahsevən kəndində yaşadığı ünvana gətirilən şəhidin cənazəsi bu gün kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Şəhidin dəfn mərasimində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cnab Vaqif Abdullayev, Müdafiə Nazirliyinin nümayəndələri və Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edib. Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.
Tabuta sərilən döyüş bayrağı şəhidin atası Ələkbər Hüseynova təqdim olunub. Sonra 3 dəfə yaylım atəşi açılıb.

Keçidlər