Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun Müddətdən Artıq Hərbi Xidmətçisi Cavadzadə Şahin Yaşar oğlu Beyləqan rayon Cərzis Peyğəmbər Ziyarətgahında dəfn olundu.

08 aprel 2016 | 16:00

Aprelin 8-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Beyləqan rayonunun daha bir qəhrəman oğlu- N saylı hərbi hissənin Müddətdən Artıq Hərbi Xidmətçisi Cavadzadə Şahin Yaşar oğlu aprelin 8-də doğulduğu Beyləqan şəhərində torpağa tapşırıldı. Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, N saylı hərbi hissənin, hrəbiçiləri və rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak etdilər. Şəhidlə vida mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Şahin Cavaadzadənin xatirəsi Beyləqannıların qəlbində həmişə yaşayacağını bildirdilər. Dəfn mərasimində Şəhidin atası Yaşar Cavadov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.

Keçidlər