Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

25 aprel 2016 | 16:00

25 aprel 2016-cı il tarixdə Beyləqan Gənclər Mərkəzində görkəmli oftalmoloq, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 93-cü il dönümünə həsr edilmiş tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev rayon hüquq-mühafizə orqanlarının rəhbərləri səhiyyə işçiləri, müəllimlər idarə müəssisə və təşkilat rəhbərləri  iştirak etmişlər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev görkəmli oftalmoloq Azərbaycan Respublikasının əməkdar elm xadimi tibb elmlər doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti barədə geniş və ətraflı məlumat verdi.
Vaqif Abdullayev çıxışında qeyd etmişdir ki, Akademik Zərifə xanım Əliyeva Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır.
Çıxış edənlər görkəmli alimin nəcib qayğıkeşliyindən, peşəkar həkim olmaqla yanaşı, həmdə ictimai xadim kimi xeyirxah əməllərindən danışdılar.

Keçidlər