Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib.

09 may 2016 | 16:00

       Faşizm üzərində qələbənin 71 illiyinə həsr olunmuş tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndələri, Böyük vətən müharibəsi veteranları Hüquq Mühafizə orqanları və Hərbi Komisarlığın işçiləri eləcədə rayon ictimaiyyəti  iştirak ediblər.Mərasimdə əvvəlcə dövlət himni səsləndirilib, Böyük vətən müharibəsi və Qarabağ uğrunda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev  çıxış edərək bildirdi ki, bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçiblər. Bu müharibədə 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər. Veteranlar və tədbir iştirakçılarını Qələbə Günü münasibətilə təbrik edib, 1941-1945–ci illərdə faşizm üzərində qələbənin əldə edilməsində və Azərbaycanlı soydaşlarımızın rolundan danışıblar.

Keçidlər