Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 28 may Respublika günü qeyd olunub.

27 may 2016 | 16:00

Tədbirdə çıxış edən Beyləqan  rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev  Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və ötən əsrin sonlarında keçmiş imperiyanın süqutundan sonra ölkəmizin ikinci dəfə öz müstəqilliyini bərpa etməsindən danışıb. Bildirib ki, 1991-ci ildə Ölkəmiz 2-ci dəfə öz müstəqilliyinə qovuşdu. Həmin ərəfədə yenə daxili və xarici qüvvələr ölkəmizin müstəqilliyinə əngəl yaratmağa başladılar. Müstəqilliyimizin qorunub saxlanılması və möhkəmlən-dirilməsində  Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin yenidən xalqımızın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdışı ölkəmizi xarici və daxili təhlükələrdən xilas etdi, ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, həyat öz axarına düşdü. Bildirib ki, Ulu öndərin uzaqgörən siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilib və öz nüfuzunu günbəgün artırır, bölgədə lider dövlətə çevrilib.

Keçidlər