Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirilmişdir.

05 oktyabr 2016 | 16:00

       05 oktyabr 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında “Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir.Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimləri və Beyləqan rayon İcra hakimiyyətinin rəhbərliyi tərəfindən ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
       Sonra tədbir rayon Mədəniyyət Sarayında davam etdirildi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil məktəblərinin müəllimləri və məktəb direktorları, idarə, müəssisə rəhbərləri iştirak etmişlər. ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.
         Tədbiri rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq müəllimlri 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər H.Əliyev tərəfindən qoyulan   milli təhsil konsepsiyasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətinin uğurlarından, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım tərəfindən təhsillə bağlı həyata keçirilən coxsaylı layihələr barədə, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışmışdır.
         Sonda rayonun qabaqcıl müəllimlərindən bir qrupuna Fəxri-fərman və hədiyyələr təqdim edildi.

Keçidlər