Bu gün rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və başçının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirak ilə video-müşavirə keçirilib. Müşavirədə ölkədəki xüsusi karantin rejimi, yumuşaltma tədbirləri və sosial izoliasiya işləri müzakirə olunub.
30 aprel tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində Beyləqan rayonunda keçirilən aksiyada yaşı 65-dən yuxarı olanlara, tənha insanlara, aztəminatlı və digər imtiyazlı ailələrə, ümumilikdə, 50 ailəyə ərzaq yardımı edilib.
Bu gün taxıl tədarükü iqtisadiyyatımızın ən önəmli sahələrindəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir. Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir. Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmalıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Beyləqan da qoşulub. Belə ki, 29 aprel 2020-ci ildə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub.
Çernobıl faciəsindən 34-cü il ötür. 1986-cı il aprelin 26-da Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verib. Güclü partlayış reaktoru əhatə edən qoruyucu örtüyü dağıdır və yanğına səbəb olur. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olunub.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Beyləqan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə qayda olaraq yardımlarını davam etdirir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Beyləqan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası davam etdirilir.
Respublika ərazisində COVİD-19 koronavirus pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilmişdir. Rejimin tətbiqi dövründə vətəndaşlar daha çox evlərində vaxt keçrirlər. Bu səbəbdən də enerji daşıyıcılarına tələbatdan istifadə halları çoxalmışdır. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri bilgiləri nəzərinizə çatdırırıq.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.
Beyləqan Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı ailələrə, yaşlı, kimsəsiz insanlara xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan insanlar müəyyənləşdirilib və mütəmadi olaraq onlara baş çəkilir. Onların sosial problemlərinin həllinə köməklik göstərilir.
Dünyanın əksər ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Beyləqan rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Beyləqan rayonunda Koronovirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mobil qruplar tərəfindən sakinlərə karantin rejiminin tələbləri izah olunaraq evlərinə getmələri təmin olunur.
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.
Beyləqan rayonunda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir. Dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəsələrində, məhəllələrdə, sakinlərə xidmət edən obyektlərin ətrafında mütəmadi həyata keçirilir. Həmçinin, mərkəzi və məhəllədaxili yollar xüsusi maddələrlə yuyularaq dezinfeksiya edilir.
Beyləqan Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı ailələrə, yaşlı, kimsəsiz insanlara xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan insanlar müəyyənləşdirilib və ilkin olaraq 55 nəfər ahıl vətəndaşa və 12 aztəminatlı ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib. Bu işin davamlı xarakter daşıması nəzərdə tutulub.
Rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdarlıq edilir. 65 yaşdan yuxarı sakinlərin isə evdən çıxmalarının qadağan edilməsi nəzərlərinə çatdırılıb. Proses xüsusi karantin dövrü ərzində müntəzəm olaraq aparılır.
Ermənilər Qafqazdakı işğalçılıq niyyətlərini həyata keçirmək üçün XIX əsrdən başlayaraq bəşər tarixinə ləkə olan qanlı cinayətlər törədiblər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən qətliamlar onların çirkin və məkrli niyyətlərini həyata keçirmək üçün başladıqları soyqırımı siyasətinin tərkib hissəsi idi.
Beyləqanda koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Rayonun bütün küçə və prospektlərində,inzibati binalarda dezinfeksiya işlərinə başlanılıb.
Rayonda Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi təmin edilir.
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Beyləqan rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ ! "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının Beyləqan rayonu ərazisində yayılmasının qarşısının alınması və sizlərin sağlamlığınızın təhlükəsizliyi baxımından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən Beyləqan rayon İcra hakimiyyəti başçısının 18.03.2020-ci il tarixli 26 saylı Sərəncamı ilə müəyyən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə rayon İcra Hakimiyyətində də vətəndaşların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılaraq elektron müraciət formasına keçirilmişdir.
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır:
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 03 mart 2020-ci il tarixdə Beyləqan rayon Əmirzeyidli kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Beyləqanlılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına qoşulublar.
Fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib və rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilib. Tədbirlər çərçivəsində Soyqırım abidəsi önündə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.