Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” qeyd edilmişdir.

22 noyabr 2016 | 16:00

22 noyabr 2016-cı il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı qeyd edilmişdir.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər-çiçəkl düzərək,  Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək  bu bayramın Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis olunduğunu söylədi.Ulu Öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırladan V.Abdullayev qeyd etdi ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnmişdir. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxsaylı ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir.V.Abdullayev çıxışında  qeyd etdi ki,bu gün Azərbaycanda müşahidə olunan inkişaf ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir.

Sonra Beyləqan rayon Məhkəməsinin hakimi Nəsrulla Əliyev, rayon Prokuroru Azər Osmanov və başqaları çıxış edərək başda  Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini bu peşə bayramı günü münasibətilə təbrik etdi və işlərində yeni-yeni nailiyyətlər arzuladı.
Sonda rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Ədliyyə işçilərini peşə bayramı münasibətilə bir daha təbrik etdi və  bir qrup Ədliyyə işçilərinə mükafat təqdim etdi.

Keçidlər