Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

12 dekabr 2016 | 16:00

Dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13- cü ildönümü günü münasibəti ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev,başda olmaqla, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, N saylı hərbi hissənin zabitləri və əsgərləri, təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar ümumilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini anmış, hörmət və etiramlarını bildirmişlər.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və qonaqlar Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olmuşlar.
Sonra Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinin iclas  zalında tədbir keçirilmişdirş.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair çıxış etmişdir.
O qeyd edi ki, Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı.  Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyini xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qurtuluş idi. Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı Ulu Öndərin bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.                                                                                              Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film göstərildi.

 

Keçidlər