Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıq sahələrindən bol məhsul gözlənilir.

10 avqust 2017 | 16:00

Beyləqan rayonunda  cari ildə 8550 hektar sahədə pambıq əkilmişdir. Bunun  5400 hektarı “MKT” İK  MMC-nin Beyləqan filialı ilə, 2440 hektarı “CTS AQRO” MMC-i ilə mülkiyyətçilər arasında bağlanmış müqavilələr, 710 hektarı isə fərdi qaydada mülkiyyətçilər və fermerlər tərəfindən əkilmiş sahələr təşkil edir.
Pambıq sahələrinə baxış keçirilərkən müəyyən olunur ki, yüksək və sabit məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunmuş, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılmış, bitkilər tələbata uyğun optimal müddət də mineral gübrə və suvarma suyu ilə təmin edilmiş, məhsuldarlığı artırmaq məqsədi ilə  bitkilərin boyatma prosesini məhdudlaşdıran kimyəvi ucvurma əməliyyatı həyata keçirilmişdir.
Hazırda sahələrdə istehsalçılar tərəfindən son becərmə işləri aparılır, vegetasiya suvarmaları davam etdirilir, məhsul yığımına hazırlıq  üçün sahələr alaq otlarından bir daha təmizlənir, sahə kənarları hamarlanır və digər zəruri aqrotexniki və təşkilati tədbirlər görülür.
Yerinə yetirilmiş işlər deməyə əsas verir ki, 2017-ci təsərrüfat ilində Beyləqan rayonunda pambıqçılıqdan bol məhsul gözlənilir.

Keçidlər