Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

06 sentyabr 2017 | 16:00

06 sentyabr 2017-ci il tarixdə rayon Gənclər Mərkəzində Beyləqan rayon  müəllimlərinin  ənənəvi  sentyabr  konfransı  keçirilib.Tədbirdə rayon İcra Hakimiyətinin başçısı Vaqif Abdullayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Asif  Hacıyev,  müəllimlər, rayon ictimaiyyətinin  nümayəndələri və ziyalılar iştirak edirdilər. Tədbiri  giriş sözü  ilə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq öncə qonaqları və rayon  ziyalılarını  salamladı.Rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova  geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsil sahəsində görülən işlərdən, Beyləqan rayon Təhsil Şöbəsi tərəfindən  2016-2017-cı tədris ilində  əldə olunmuş  nailiyyətlərdən, eyni zamanda ötən  tədris ilində yol verilmiş nöqsanlardan danışdı.
Konfransda digər çıxış edənlər təhsil sahəsində qazanılan uğurlardan danışaraq ötən illərlə müqayisədə naliyyətlərin əldə olunduğunu qeyd etdilər.
Ötən dərs ilində rayonda 1 lisey, 45 tam orta, 6 ümumi orta, 2 ibtidai məktəb və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir.12745 şagirdin təlim-tərbiyəsi ilə 1838 müəllim məşğul olmuşdur.
XI siniflər üzrə 804 nəfər Atestat almış, 1 nəfər məzun şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Balakişiyeva İlahə qızıl medala layiq görülmüşdür, 241 nəfər cari ildə ali məktəbə qəbul olmuş, 31 nəfər 500-dən yuxarı. 7 nəfər isə 600-dən yuxarı bal toplamışdır.
Bünyadlı kənd tam orta məktəbin məzunu Abbaszadə Ramil 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir.
      Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Asif Hacıyev tədbir iştirakçılarını salamladı və Təhsil Nazirliyinin gələcək fəaliyyəti barədə tədbir iştirakçılarına maraqlı məlumatlar çatdırdı.
       Sonda yüksək bal toplamış məzunlara hədiyyələr təqdim olundu.

Keçidlər