Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda pambıqyığan kombaynlar pambıq yığımına başlamışlar.

13 sentyabr 2017 | 16:00

Beyləqan rayonu üzrə cari ildə 8550 hektar sahədə pambıq əkilmişdir. O cümlədən bunun 5400 hektarı “MKT” İK  MMC-nin Beyləqan filialı ilə mülkiyyətçilər arasında bağlanmış müqavilə əsasında becərilmişdir. Pambıq sahələrində yüksək məhsul əldə etmək üçün bütün aqrotezniki tədbirlər vaxtında və düzgün yerinə yetrilmişdir.Hazırda yığım kompaniyasının mütəşəkkil keçrilməsi üçün hazırlıq işləri başa çatdırılmışdır.
Xam pambığın maşınla yığılması pambıqçılığın kompleks mexanikləşdirmə sistemində vacib tədbirlərdən biri olmaqla, əsas əyinatı ilə yanaşı məhsulun tez və itkisiz yığılmasını, sahəni növbəti təsərrüfat ili üçün vaxtında hazırlanmasını təmin edir. ““MKT” İK  MMC-nin Beyləqan filialı tərəfindən 12 sentiyabr 2017-ci ildə bu mösüm ilk dəfə olaraq pambıqyığan maşınla raonun Aşıqalılar kəndində mülkiyyətçi Məmmədov Vüqar İmamverdi oğluna məxsus sahədə məhsul yığmına başlamışdır. İlkin nəticələr sahələrdən bol məhsulun toplanacağından xəbər verir.
Pambıq yığımı davam edir

Keçidlər