Şriftin ölçüsü :

Saytın rəngi :

05 oktyabr 2017-ci il tarixdə “Beynəlxalq Müəllimlər günü”nün qeyd olunması ilə bağlı tədbir keçirildi.

06 oktyabr 2017 | 16:00

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyuldu. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev, rayon Təhsil şöbəsinin rəhbərliyi, rayonun ümumitəhsil məktəblərinin direktorları, müəllimlər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq son dövrlərdə təhsil sahəsində qazanılan uğurlardan danışaraq təhsil işçilərini təbrik etdi.
Rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə təhsil işçiləri adından dərin minnətdarlığını bildirdi.
YAP Beyləqan rayon təşkilatının sədri R.Pəsiyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Beyləqan rayon komitəsinin sədri T.Həsənov çıxış edərək müəllimləri təbrik etdilər.
Tədbirin sonunda rayonun qabaqcıl müəllimləri rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundular.

Keçidlər