Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günü ilə bağlı Beyləqan rayonunda elmi-nəzəri konfrans keçirilmişdir

12 dekabr 2017 | 16:00

12.12.2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin Anım Günü ilə bağlı elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların, rayon ərazisinə dislokasiya olunmuş N saylı hərbi hissənin əsgər və zabit heyəti rayonun ümumtəhsil məktəblərinin kollektivləri iştirak etmişlər.
Konfrans iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoymuşlar.Sonra Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir..
Konfransda Heydər Əliyevin əziz xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev konransda çıxış edərək qeyd etmişdir ki, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuş Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevi hörmət və məhəbbətlə Anırıq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır.
Digər çıxış edənlər Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova, YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev, Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva və “N” saylı hərbi hissənin zabiti Elşad Əbilov çıxış edərək bildirmişlər ki,xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

 

 

 

 

 

 

Keçidlər