Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır.

20 yanvar 2018 | 16:00

20.01.2018-ci il tarixdə saat 10:00-da Beyləqan rayonu şəhidlər abidəsi kompleksinin qarşısında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri və təşkilatlarının kollektivləri, rayon ərazisində dislokasiya olunmuş hərbi hissələrin əsgər və zabitləri, təhsil müəssisələrinin müllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov çıxış edərək qeyd etdi ki, 20 Yanvar günü Azərbaycanın çağdaş tarixində müstəqillik yolunda cəsarətli, ən dəyərli səhifələrdən biri sayılır: "Azərbaycanın müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda qətiyyətlə ayağa qalxan əliyalın xalqımız təpədən – dırnağa qədər silahlanmış imperiya qoşunlarının qarşısında əyilmədi, sınmadı. Mərd və igid insanlarımız ölümü əsarətdən və zülmdən üstün tutmaqla, şərəfli şəhidlik zirvəsinə  yüksələrək həm özlərinə, həm də vətənə qəhrəmanlıq salnaməsi yaratdılar.
O ağır günlərdə xalqımızın Ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib terror aktını qətiyyətlə lənətlədi"
Bildirilib ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb, bu qanlı faciəyə dövlət səviyyəsində hüquqi – siyasi qiymət verilib: "Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən prezident İlham Əliyev bütün şəhid ailələrinin, o cümlədən 20 yanvar şəhid ailələrinin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Şəhid ailələrinin rifahının, həyat şəraitinin yaxşılaşdırılması yönündə vacib addımlar atılır".
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və dünyada tanıdılmasına böyük diqqət yetirdiyini qeyd edən tədbir iştirakçıları vurğulayıblar ki, Mehriban Əliyeva 20 Yanvarşəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin problemlərinin həllinin diqqətdə saxlanılması, 20 yanvar hadisələri zamanı sağlamlığın itirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülməsini diqqətdə saxlayır.
20 Yanvar hadisəsi Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli, qəhrəmanlıq səhifələrindəndir.
Sonra tədbir iştirakçıları tərəfindən abidə önünə tər güllər qoyularaq şəhidlərin ruhu yad edildi.

Keçidlər