Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi,inkişaf mərhələsi və fəaliyyət istiqaməti” mövzusunda tədbir keçirilmişdir.

14 mart 2018 | 16:00

14 mart 2018-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan rayon İcra hakimiyyətinin və Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya idarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi,inkişaf mərhələsi və fəaliyyət istiqaməti” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələriiştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti haqqında geniş məlumat vermiş, miqrasiya siyasətinin həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin yüksək xidmətlərini və bu sahəyə göstərdikləridiqqət və qayğıdan söz açmışdır
.
Tədbirdə Şirvan Regional Miqrasiya idarəsinin rəisi Şəmsəddin Məmmədov, həmin idarənin bölmə rəisi Vasif Məlikov və digərləri çıxış etmişlər.

Tədbirdən sonar səyyar sənəd qəbulu həyata keçirilmişdir.

Keçidlər