Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 31 mart soyqırımının 100 illiyi ilə bağlı Ümumrayon təbdiri keçirildi

31 mart 2018 | 16:00

31 mart 2018-ci il tarixdə 31 mart Soyqırımı abidəsinin önündə mart soyqırımının 100 illiyi ilə bağlı ümumrayon tədbiri keçirildi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində dislokasiya olunmuş N saylı hərbi hissələrin kollektivləri,idarə, müəsisə və təşkilatlar,rayon ictimaiyyəti iştrak etdi.Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladı.İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək bildirdi ki, təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış, “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.Ölkə Prezidentinin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.İcra hakimiyyətinin başçısı V.Abdullayev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın tarixi-siyasi əhəmiyyəti haqqında”məlumat verdi. Qeyd etdi ki, bütövlükdə bu fərman və sərəncamlar on illər ərzində geniş xalq kütlələrindən gizli saxlanılmış soyqırımı və deportasiya həqiqətlərinin araşdırılıb üzə çıxarılmasında, xalqımıza qarşı erməni cinayətlərinin aşkarlanmasında həlledici əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi isə yalnız ölkə ictimaiyyətinin deyil, bütövlükdə, dünyanın diqqətinin soyqırımla bağlı əsl həqiqətlərə yönəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövləti tərəfindən mart soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası istiqamətində bütün dünyada fəal iş aparıldığı, xalqımıza qarşı həyata keçirilən mənfur siyasət haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırıldığı, eləcə də bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ötrü fəal iş aparıldığı reallıqdır.Azərbaycan xalqı ermənilərin törətdikləri bu qətliamları nəinki unudur, hətta qəhrəmanlıq ,şücaət göstərrək mənfur düşmənə qarşı uğurlu mübarizə aparır.Bunu biz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun 2016-ci il Aprel Zəfərində yaşadıq.Bu gün Cocuq Mərcanlı uğurumuz bir daha dünyaya sübut etdi ki, Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad edəcək,soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaq.
Sonra Soyqırım abidəsi ziyarət edildi və önünə gül-çiçək qoyuldu.

Keçidlər