Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Türklər qəsəbəsində vətəndaşlarla növbəti səyyar qəbul keçirilmişdir.

13 aprel 2018 | 16:00

        Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədi ilə rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayevin 13 aprel 2018-ci il tarixdə Türklər qəsəbə inzibati ərazi dairəsinin sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü keçirilmişdir.Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
        Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev sakinləri salamladı, sonra qəsəbə sakinlərinə söz verərək onları narahat edən məsələlər haqqında danışmalarını xahiş etdi.
        Əvvəlcə Türklər qəsəbə İƏD üzrə nümayəndə Ə.Mürsəlov qəsəbənin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, qəsəbəsdə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
        Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlər çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, rahat yaşayırıq, qaz, işıq problemimiz yoxdur. Mərkəzi avtomobil yolunun çəkilməsi sakinlərin məhsullarını vaxtında və itkisiz mənzilbaşına çatmasına şərait yaradır. Hazırda əkin sahələrinin suvarılması üçün yeni subartezian quyularının vurulması, qəsəbə  tam orta məktəbinin əsaslı təmir edilməsi,   yeni elektrik transformatorunun qoyulması və digər məsələlər barədə müraciətlər ediblər.Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
     Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər