Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda şəkər çuğunduru səmərəli texnologiya ilə becərilir.

04 iyun 2018 | 16:00

2018-ci ildə Beyləqan rayonunda 493 hektar sahədə bölgə üçün əsas kənd təsərrüfatı bitkilərindən sayılan şəkər çuğunduru əkilmişdir. Səpin məhsuldar sortların yüksək reproduksiyalı toxumlarından istifadə edilməklə vaxtında və kefiyyətlə aparılmışdır. Tam çıxış alındıqdan sonra şəkər çuğundurunun əlverişli böyüməsi və inkişafı üçün əkinlərdə seyrəltmə aparmaqla hektarda optimal bitki sıxlığı əldə edilmişdir
Əkin sahələrində becərilmə qaydalarına ciddi əməl edilməklə torpaq mülkiyyətçiləri tərəfindən bir sıra aqrotexnaloji əməliyyatlar həyata keçirilmişdir.Kompleks becərmə tədbirləri çərçivəsində sahələrdə kultivasiya və ketmənləmə işləri yerinə yetirilmiş, yemləmə kimi azot gübrəsi verilmiş və bitkinin birinci vegetasiya suvarması aparılmışdır.

Şəkər çuğundurunun aqrobiologiyasında xəstəlik və zərərvericilərin yayılması, eləcə də alaq otları ilə sirayətlənmə xeyli məhsul itkisinə səbəb olduğundan onlara qarşı mübarizə tədbirləri xüsisi əhəmiyyət kəsb edir.Ona görə də şəkər çuğunduru toxumları səpindən qabaq kökçürümə xəstəliyinə qarşı mübarizə məqsədilə müvafiq pereparatlarla dərmanlanmışdır. Mənənə və birə müşahidə edilən əkin sahələrində vaxtında kimyəvi mübarizə tədbirləri aparılmışdır. Həmçinin, əksər sahələrdə cərgəarası becərmə işləri ilə yanaşı, alaq otlarını məhv etmək üçün kimyəvi dərmanlardan da istifadə olunmuşdur.

Hazırda sahələrdə yüksək məhsul istehsalına təminat verən aqrotexniki qulluq işləri müvəffəqiyyətlə davam etdirilir.

Ümid edirik ki, ölkə rəhbəri tərəfindən aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində ruh yüksəkliyi ilə çalışan rayonun şəkər çuğunduru istehsalçıları cari ildə əkin sahələrindən yüksək məhsul toplayaraq emal müəssisələrinə təhvil verəcəklər

Keçidlər