Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 15 iyun Milli Qurtuluş günü münasibətilə ümüumrayon tədbiri keçirilidi.

13 iyun 2018 | 16:00

13 iyun 2018-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev mərkəzində 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir keçirildi.Tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərləri, müəllimlər, səhiyyə və mədəniyyət işçiləri iştirak etdilər.Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, abidə önünə gül-çiçək düzüldü.
Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycanda qurtuluş ərəfəsində mövcud olan vəziyyət barədə geniş məlumat verərək qeyd etdi ki,1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etsə 1993-cü ilə qədər demək olar ki,AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından daxildə xaos anarxiya vüsət almışdı, Azərbaycanda vətəndaş müharibəsi alovlanırdı.Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi,müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya döndü və bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.V.Abdullayev qeyd etdi ki,Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bu gün bu siyasət yenə də davam etdirilir deyə öz çıxışına əlavə edən V.Abdullayev söylədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Dünən Türkiyənin Əskişəhir şəhərində Cənab prezidentin də iştirakı ilə TANAP-ın açılışının olması bir daha sübut edir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Tdbirdə çıxış edən İlhamə Məmmədova və Gülmirə Abbaslı Ulu öndər xalqımızı üçün misilsiz xidmətlərindən məlumat verdilər və qeyd etdilər ki nə qədər Azərbyacan var Heydər Əliyev siyasəti yaşayacaqdır və Azərbaycanın uğurlarının əsası olacaqdır.

Keçidlər