Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Əlinəzərli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

15 avqust 2018 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 15 avqust 2018-ci il tarixdə Beyləqan rayon Əlinəzərli kəndində keçirildi.Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,kənd sakinləri iştirak etdi. Sakinlərin problemləri dinlənildi.
Kənd sakini təqaüdçü Quliyev Cəfərqulu Qara oğlu bildirdi ki, kəndin bir hissəsinin həyətyanı suvarma suyunda müəyyən problemlər var.İbrahimov Nəriman Məhərrəm oğlu kənddə suvarma suyunun təmin olunmasında dren kanalların təmizlənməsinə ehtiyac olduğunu dedi.
İcra hakimiyyətinin başçısı tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verildi.

Keçidlər