Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Gödəklər və Əhmədli kəndlərində yeni inşa olunmuş modul tipli məktəblərin açılışı olmuşdur.

18 fevral 2019 | 16:00

18.02.2019-cu ildə “ Beyləqan, Biləsuvar İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli 3845 nömrəli Sərəncamına uyğun olaraq  Beyləqan rayonunun Əhmədli və Gödəklər kəndlərində 96 şagird yerlik modul tipli ümumi orta məktəblər quraşdırılıb istifadəyə verilmişdir.

18 fevral 2019-cu il tarixdə hər iki məktəbin açılışı mərasimləri keçirilmişdir.Məktəbin açılışında rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev iştirak və çıxış etmişdir.Cənab başçı təhsilin əhəmiyyətindən və Ölkə rəhbərinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açmış, yeni istifadəyə verilmiş məktəblərə görə kənd sakinlərini təbrik etmişdir.Tədbirdə çıxış edən kənd sakinləri Zakir Məmmədov, şəhid atası Yaqub Əliyev, tarix müəllimi Ofelya Əliyeva və digərləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər