Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Faşizm üzərində qələbənin 74-cü ildönümü” ilə bağlı tədbir keçirildi.

09 may 2019 | 16:00

       09 may 2019-cu il tarixdə Beyləqan rayonunda “Faşizm üzərində qələbənin 74-cü ildönümü”nün qeyd olunması ilə bağlı Beyləqan şəhər mərkəzində 1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə önündə, rayonun Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun ev muzeyində və İkinci Şahsevən kəndində iki dəfə Sovet İttifaqı Qəhrəmanı General-mayor Həzi Əhəd oğlu Aslanovun büstü qarşısında  ümumrayon tədbiri keçirildi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri və məktəblilər iştirak etmişdir.
     İlk öncə Beyləqan şəhər mərkəzində əsgər və zabitlərin iştirakı ilə Dövlət Bayrağı ilə əhatə olunmuş  1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə önündə Dövlət Himni səsləndirildi və tədbir iştirakçıları tərəfindən abidə önünə gül dəstələri qoyularaq həlak olanların xatirəsi ehtiramla yad edildi.
      Sonra tədbir rayonun Birinci Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun ev muzeyində davam etdirildi.Tədbir iştirakçıları tərəfindən ev muzeyinin qarşısında ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun büstünün qarşısına gül dəstələri qoyuldu və ev muzeyinə baxış keçirildi.Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbinin müəllimi, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun bacısı qızı Şükufə Fərmanova çıxış edərək Gəray Əsədovun döyüş yolu haqqında geniş məlumat verdi və  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ailələri adından dərin minnətdarlıqlarını bildirdil.Tədbirdə Birinci Şahsevən kənd məktəbliləri tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.
      Daha sonra tədbir iştirakçıları rayonun İkinci Şahsevən kəndində iki dəfə Sovet İttifaqı Qəhrəmanı General-mayor Həzi Əhəd oğlu Aslanovun büstü qarşısına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.Sonra məktəblilər tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

Keçidlər