Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bünyadlı kənd inzibati ərazi dairəsinin Gödəklər kəndində səyyar qəbul-görüş keçirildi.

03 sentyabr 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 03 sentyabr  2019-cu il tarixdə rayonun Bünyadlı kənd inzibati ərazi dairəsinin Gödəklər kəndində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
     Görüşdə söz istəyən  Gödəklər kənd sakini Məmmədov Zakir İbad oğlu pay torpaq sahələrinin suvarılması məqsədi ilə suvarma suyunun artırılması və növbəlilik əsasında suyun verilməsi üçün  müvafiq tədbir görülməsini xahiş etdi. Məsələnin həlli istiqamətində Beyləqan rayonu Suvarma Sistemlərinin idarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
      Gödəklər kənd sakini  Əliyev Yaqub Mustafa oğlu islahat vaxtı övladına pay torpaq sahəsi verilmədiyini və hazırda torpaq sahəsinin ayrılması üçün aidiyyəti orqanlara göstəriş verilməsini  xahiş etdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qeyd olunan məsələnin qısa zaman ərzində araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verdi.
     Kənd sakini Nağıyeva Pərvanə Qaçay qızı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün müvafiq dövlət rüsumlarını ödədiyini qeyd edərək qaz sayğacının qoyulmasını xahiş etdi. Qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti üzrə Beyləqan rayon Qaz İstismar sahəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
    Gödəklər kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər