Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Milabad qəsəbəsində keçirilmişdir.

08 oktyabr 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 08 oktyabr  2019-cu il tarixdə rayonun Milabad qəsəbə inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
        Səyyar qəbulda Milabad qəsəbə sakini, mülkiyyətçi Əsgərov Firdovsi Ərşad oğlu həyətyanı torpaq sahəsinin suvarılması üçün suvarma suyunun verilməsini, təqaüdçü Abbasov Sahib Tapdıq oğlu fərdi yaşayış evinin dam örtüyünün təmirinə köməklik olunmasını, Əliyev Əbil Famil oğlu Milabad qəsəbə ərazisində SİP kabellərin çəkilməsinə köməklik edilməsini xahiş etdilər.  Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
         Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq  görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
        Milabad qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər