Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Şəfəq qəsəbəsində keçirilmişdir.

05 noyabr 2019 | 16:00

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 05 noyabr  2019-cu il tarixdə rayonun Şəfəq qəsəbə inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
     Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
     Görüşdə Şəfəq qəsəbə sakini, mülkiyyətçi Bağırov Zakir Bağır oğlu yeni salınmış məhəllədə içməli su təminatının yaxılaşıdırlmasını, mülkiyyətçi Cabbarov Emin Elyas oğlu qəsəbənin daxilində uzunluğu təxminən 250 metr olan məhəllə yoluna qum-çınqıl materalının tökülməsini, təqaüdçü Aslanov Asif Həşim oğlu Şəfəq qəsəbə tam orta məktəb binasının yenidən tiliməsi üçün aidiyyəti orqanlara müraciət olunmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
    Şəfəq qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər