Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan məktəbliləri “Ölkəmizi tanıyaq” tur aksiya üzrə Lənkəran-Masallı-Astara bölgələrinə yola salındı.

18 noyabr 2019 | 16:00

       18 noyabr 2019-cu il tarixdə Beyləqan rayonunun ümumtəhsil məktəblərinin  şagirdləri  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  4 gunlük ekskursiyaya  yola salındılar.

İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoydular.
       Yola salınma mərasimində Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, aparatın məsul işçiləri, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri  iştirak etdi.
Mərasimdə  çıxış edən  Asif Ağayev bildirdi ki, maarifləndirici tur-aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilir. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
      Azərbaycanın regionları ilə tanışlıq bu məktəblilərin dünyagörüşünü daha da zənginləşdirəcək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaqdır.                                                                      Tur-aksiyada iştirak edən  şagirdlər, həmçinin onları müşayiət edən müəllimlər və 1 həkimdən ibarət heyət dörd gün ərzində Lənkəran, Astara və Masallı rayonlarının tarix və mədəniyyət abidələri, gözəl təbiəti və müasir inkişafı ilə yaxından tanış olacaq.                                                                                                                Tur-aksiyaya qoşulan şagirdlər və onları müşayiət edənlər musiqi sədaları altında Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola düşdülər.

 

Keçidlər