Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda ingilisdilli Resurs və Təlim Mərkəzi açıldı.

26 noyabr 2019 | 16:00

         26 noyabr 2019-cu ildə “British Council” və Britaniyanın Azərbaycandakı səfirliyi Beyləqanda yerləşən 2 saylı tam orta məktəbdə üçüncü Resurs və Təlim Mərkəzini   açdı                                                                         Açılış mərasimində Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,Böyük Britaniya səfirinin müavini Filip Barkley,Britaniya konsulluğunun rəhbəri Samer Shah və konsulluğun digər nümayəndələri,Təhsil Nazirliyinin əməkdaşları, KİV nümayəndələri və başqaları iştirak etdilər. Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev qonaqları salamlayıb Beyləqanda belə mərkəzin yaradılmasına görə təşkilatçılara minnətdarlığını ildirdi. Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov  məlumat verdi ki, Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəyə daxil ediləcək beş yeni Resurs və Təlim Mərkəzindən üçüncüsüdür. Yeni təlim mərkəzləri Masazır, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılır və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resursları, texnologiyalar və özünütəlim materialları ilə təmin olunur. “British Council” təşkilatı bu proqramı Britaniya hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniyanın ölkəmizdəki səfirliyi bu proqramın həyata keçirilməsini dəstəkləyir.                                                                                                                                                                                                                                                                                                                                                                                       Resurs və Təlim Mərkəzləri qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar, gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənən üçillik proqramdır. Proqram “British Council”un 2016-2019-cu illərdə həyata keçirdiyi ingilis dili mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır.                           Sonda  ingilis dilində nümunəvi dərs nümayiş olundu.

Keçidlər