Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir gündə 650 min ağac əkək” təşəbbüsü Beyləqanda bayram tədbirinə çevrildi

06 dekabr 2019 | 16:00

      Dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə Beyləqan  rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə aksiyası keçirilib.

      Beyləqan rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun 4 ərazisi üzrə həyata keçirilib. 10 min ağacın əkildiyi kampaniyaya rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri ilə bərabər, yerli vətəndaşlarda həvəslə qoşulublar.

     Beyləqan rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 2000 nəfərin iştirak etdiyi ağacəkmə aksiyasında 2000 eldar şami, 2000 tuya , 2000 ərik, 500 şaftalı və 2500 meşə ağacları, həmçinin  müxtəlif növ həmişəyaşıl ağaclar, 10000 ədəd dekorativ gül kolları əkilib. Ətraf ərazilər tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, 3500 ağaca qulluq edilərək budanıb, dibləri yumşaldılıb.

Keçidlər